HACIQABUL_HAQQINDA
Şəhər və iri qəsəbələrin adları Şəhər və iri qəsəbələrin adları Rayonda 31 yaşayış məntəqəsi var. Bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir. Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var. [redaktə / تحریر] Sərhəd rayonların, ölkələrin adları Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Əli Bayramlı şəhəri [redaktə / تحریر] Coğrafi yerləşməsi Hacıqabul rayonu Respbulikanın Şirvan bölgəsində Kür-Araz düzənliyinin bir hissəsini əhatə edir. Ağsu, Kürdəmir, Şamaxı, Qobustan, Abşeron, Salyan, Sabirabad rayonları və Əli Bayramlı şəhəri ilə həmsərhəddir. [redaktə / تحریر] İqlimi Hacıqabul rayonun iqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlimdir. Burada yaya fəsli çox vaxt +40 C-dən artıq olur, qışı isə mülayimdir, qış aylarında temperatur əsasən +6, +12 C həddində olur. Yağıntılar əsasən yazda və payızda düşür. Onların illik miqdarı 200 mm-dən çox olmur. [redaktə / تحریر] Tarixi Hacıqabul rayonu Kür – Araz ovalığının cənub – şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. «Hacıqabul» sözünün mənası «Allah sənin Həcc ziyarətin qəbul etsin» deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkəyə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buraınn şəraiti düşərgə salması üçün çox münasib idi. [redaktə / تحریر] Tarixi və mədəniyyət abidələri XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilininyaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər. Rayonda xalçaçılıq sənəti yaxşı, inkişaf etmişdir. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan «Sarı xalça» xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində tarixi – memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir – ziyarətgah, qala divarları, minarəli məscid, karvansara (bunlar hamısı XIII əsrə aiddir), XIV əsrə aid yaşayış binaları, XV və XVIII – XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir. [1] Görkəmli şəxsləri haqqında 1. Əzizə Məhəmməd qızı Cəfərzadə - yazıçı, filologiya elmləri doktoru, professor . 2. Miryusif Mirnəsir oğlu Manafov - Şair-Dramaturq. 3. Əhməd Məhəmməd oğlu Cəfərzadə - filologiya elmləri doktoru. 4. Bilal Atəş oğlu Dadaşov - kimya elmləri doktoru, akademik. 5. Nizami Məmməd oğlu Süleymanov - akademik. 6. Mirzağa Mirəşrəf oğlu Musayev - tarix elmləri doktoru, professor. 7. Mirzə Baxış Nadim - şair. 8. Ramiz Əliş oğlu Həsənov - texnika elmləri doktoru, professor. 9. Tamella Rəsul qızı Nəsirova - riyaziyyat elmləri doktoru, professor. 10. Saday Ağalar oğlu Əliyev - tibb elmləri doktoru, professor. 11. Əliağa Novruzəli oğlu Məmmədov - filologiya elmləri doktoru, professor. 12. Asif Mikayıl oğlu Cəbrayılov - general-mayor, Sərhəd Qoşunları Komandanının müavini. 13. Zivər Sübhan qızı Ağayeva - şairə. 14. Çingiz Səfi oğlu İbadov - iqtisad elmləri namizədi. 15. Fikrət Ağasadıq oğlu Şirəliyev - tarix elmləri namizədi. 16. Əjdər Ol - şair. 17. Əli Pənah oğlu Məmmədov - AMEA-nın üzvü, fizika-kimya elmləri doktoru, professor. 18. Əlihüseyn Hüseyn oğlu Hüseynov - təyyarə mexaniki, Sosialist Əməyi Qəhrəmanı. 19. Məmməd Məhəmməd oğlu Cəfərzadə - filologiya elmləri doktoru.

E-mail adresiniz:
Siteniz:
İsminiz:
Başlık:
EMIN DADASOV:
:
HACIQABUL:
:
:
:
:
haciqabul:
4077492:
Mesajınız:
 


Bu SAYIT XOSUNUZA GELDI?
HE
YOX

(Sonucu göster)


Reklam
 
 




More Cool Stuff At POQbum.com


 
TV'de Bugün

 
www.kod-dunyasi.tr.gg

 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=