SEIRLER



Əbədi məhəbbət yaşayacaqmı?

 

Əlinlə söndürdün, eşqin odunu,
Quru nəfəsimlə alışacaqmı?
Bir sevgi dəfn etdin, ürəyimdə sən
Ürəyim səninlə barışacaqmı?


Yaxşı ki, xəyalın qanadlı imiş,
Eşqin səmasında hərdən süzürəm.
Səndən küsüb gedən, könül qatarı
Bir daha geriyə qayıdacaqmı?


Nə ağır oynadı taleh oyunu,
Çox ağır yük altda əydi boynumu.
Bir sual cavabsız qaldı dünyada,
Əbədi məhəbbət yaşayacaqmı?...

                                                       QEZEL

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar?
Bir öpüş istədim ondan... yeri var, gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

Ey Nizami! - dedi - birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.


                                                   GORMUREM

Gecikdim başımı yaman qatdılar
Soldan çağırdılar, sağa dartdılar
Bağrımın başında dağ ucaltdılar
Dar tutub gözümü, düzü görmürəm.

Ömrümün vəhdəti, sevinc-kədərdi
Çəkdiyim nədirsə dərddən betərdi
Şan-şöhrət, var-dövlət gəldi gedərdi
Hami "mənəm" deyir, "bizi" görmürəm.

"Alovu" tez sönər tez coşanların
Mənasız, boş yerə yarışanların
İndi qələm tutub, "söz qoşan"ların
Sözünün içində sözü görmürəm.

Görünür bu həyat zor oldu artıq
Fikirdən beynimdə yoruldu artıq
Deməyin leyli də kor oldu artıq
Hər necə baxıram, düzü görmürəm.
Deyirlər nə qəmli yazırsan belə


                                                   DEYIRLER NE QEMLI YAZIRSAN

Hər sözüm kədərdir hər sözüm qəmdir
Deyirlər nə qəmli yazırsan belə
Gecələr sirdaşım qələm həmdəmim
Deyirlər nə qəmli yazırsan belə

Var neçə həsrətim vardır kədərim
Bəlkə gərəksizdir mənim deməyim
Qoy məni anlatsın qəm şerlərim
Deyirlər nə qəmli yazırsan belə

Həyatımı günahkar bilə bilmədim
Sözlərim çağladı dinə bilmədim
Ağladım gözümü silə bilmədim
Deyirlər nə qəmli yazırsan belə

Ömür də kədərdən yoruldu bezdi
Hər gecə xəyalım dünyanı gəzdi
Qəlbimi min dəfə ayrılıq əzdi
Deyirlər nə qəmli yazırsan belə

Həsrətin bir ömür tarixi vardır
Sevincli gülüşüm bir neçə andır
Ömür gözləyər gözləməyən zamandır
Deyirlər nə qəmli yazırsan belə

 

Söz ver ki, bir daha dönməyəcəksən

 

Deyirdin heç zaman ayırmayacaq.
Taleyin dolanbac yolları bizi.
Sənsiz damarda qan axmayacaq.
Qəlbimdə qalacaq sevdanın izi.

Peşman deyiləm gedirsənsə get.
Artıq öyrəşmişəm sənsizliyə mən.
Heç bir söz demədən sevgimi tərk et.
Söz ver ki, bir daha dönməyəcəksən.

Bilirəm nə vaxtsa dönüb geriyə.
Məzarım üstündə ağlayacaqsan.
Ötən o günləri qaytarsın deyə.
Ağlayıb Allaha yalvaracaqsan.

Ancaq gec olacaq bu yalvarışın.
Daha hüzuruna gəlməyəcəm mən.
Həmdəmin olacaq soyuq baş daşım.
Ruhumu görüşə göndərəcəm mən.

Ruhum canlanacaq cismim şəklində.
Qaçaraq boynuna sarılacaqsan.
Birlikdə gedərək görüş yerinə.
Son görüş gününü danışacaqsan.

Suallar yağacaq yağış tək yenə.
Cavablar həm yalan, həm düz olacaq.
Hardasa bir yalan deyəndə sənə.
Sənin gözlərində yaşlar dolacaq.

Yenə küsəcəksən körpələr kimi.
Yenə yanağında yaşlar axacaq.
Deyəndə SEVİRƏM mən təkcə səni.
Qolların cismimi qucaqlayacaq.


Görmürəm

Gecikdim başımı yaman qatdılar
Soldan çağırdılar, sağa dartdılar
Bağrımın başında dağ ucaltdılar
Dar tutub gözümü, düzü görmürəm.

Ömrümün vəhdəti, sevinc-kədərdi
Çəkdiyim nədirsə dərddən betərdi
Şan-şöhrət, var-dövlət gəldi gedərdi
Hami "mənəm" deyir, "bizi" görmürəm.

"Alovu" tez sönər tez coşanların
Mənasız, boş yerə yarışanların
İndi qələm tutub, "söz qoşan"ların
Sözünün içində sözü görmürəm.

Görünür bu həyat zor oldu artıq
Fikirdən beynimdə yoruldu artıq
Deməyin leyli də kor oldu artıq
Hər necə baxıram, düzü görmürəm.

 

Ana

 

Kim duya bilərdi anam tək məni,
Həsrətim, ümidim mənasız qalıb
Saralıb solubdur gül-çiçəklərim,
Bağçamız, bağımız şəfasız qalıb.

Nə səsi, nəğməsi səsləyir məni,
Nə doğma nəfəsi bəsləyir məni,
Yalqızlıq, yetimlik gözləyir məni,
Yol çəkən gözlərim ziyasız qalıb.

Yüz il bundan sonra alışam yanam,
Olmaz bir gülünə əvəz peymanam.
Köçdü bu dünyadan loğmanım Anam,
Biçarə xəstəsi şəfasız qalıb.

Kimə pənahlanım indi mən fağır,
Dərd varmı Anasız qalmaqdan ağır,
Qapı-pəncərəmdən yetimlik yağır,
Sanki otaqlarda havasız qalıb.
Nə qolumda güc var, nə ağzımda dad,
Abad gördüklərim hamısı bərbad,
Necə yad görünür doğma evim, yad,
Sonalı göllərim sonasız qalıb.

Oxumur bülbülüm, açılmır gülüm,
Saralıb çəmənim, solubdur çölüm
Anamı axtarır yaralı könlüm,
Qədirsiz, qiymətsiz, laylasız qalıb.

Əllərim üzüldü məhəbbətindən,
Təravət, sədaqət, səltənətindən,
Məhrumam ay Ana, səadətindən,
Səfərim xeyirsiz, duasız qalıb.

Dünyanın işləri kələkmiş, kələk
Yaşaya bilmədi yaşayan mələk
Hamıya zülm edib bu zalım fələk,
Bəs özü nə üçün cəzasız qalıb?

Könlüm sığınmağa məkan yox daha
Gözünü üzümə tikən yox daha,
Senin tək qayğımı çəkən yox daha,
Ay Ana ....... Anasız qalıb.

 

Qızlar

 

Eşqiniz olmasın çürük sap kimi
Əllərdə gəzməyin 1 kitab kimi
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar

Oynar qəhqəhəniz şimşəklər kimi
Ünvansız olmayın küləklər kimi
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib, solmayın, qızlar

Siz 1 qayıqsınız, tale dənizdir
O bəzən bulanır, bəzən təmizdir
Tale ağlınızdır, düşüncənizdir
Taleyin qayığı olmayın, qızlar
Olmuşam

 

O günəş gözlərin o bahar üzün
Seyrində azaraq itgin olmuşam
Gəzdikcə üzünün bahar bağçasın
Gülünün iyindən meyxoş olmuşam

Baxdıqca o gözəl üzünə sənin
Nazlı baxışlara heyran olmuşam
Dəniz gözlərinin dalğalarında
Çarəsiz qərq olan gəmi olmuşam

Oturub sakitcə baxaydım sənə
Unudub hər şeyi susardım o an
Tutaraq utancaq titrək əlindən
Öpərdim qurumuş bal dodağından


FIKIRLERINIZI ZIYARETCI DEFTERINE BILDIREMYI UNUTMAYIN: 44

 


Bu SAYIT XOSUNUZA GELDI?
HE
YOX

(Sonucu göster)


Reklam
 
 




More Cool Stuff At POQbum.com


 
TV'de Bugün

 
www.kod-dunyasi.tr.gg

 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=